EKOLOJİ QABLAŞDIRMA

EKOLOJİ QABLAŞDIRMA

Ekoloji qablar“Zibil problemi” artıq qlobal məsələyə çevrilib. Deməli adıçəkilən problemin həlli əsas məsələlərdən biridir. Həll isə öz növbəsində mümkün qədər ucuz, ətraf mühitə və insan sağlamlıına zərərsiz olmalıdır.

Ekoloji qablaşdırma, adından da göründüyü kimi, təmiz və sağlamdır. Bu fərq əsasəndə plastik və alüminium qablarla müqayisədə özünü göstərir. Həmçinin ekoloji qablaşdırma təkcə görünüşü ilə deyil, sağlamlığa və təbiətədə zərərsizdir.

Şəhərlərdə zibilin 40% birdəfəlik qablaşdırma məhsullarıdır. Ekoloji qablar belə vəziyyətdə əvəzedilməzdir. Bu qabların ətraf mühitə zərəri minimaldır, plastik və alüminium qablarla ölçüldükdə isə demək olar ki yoxdur.

Təbiətdə ən perspektivli tez parçalanan polimer komposiziyalardır, məsələn qəzet vərəqi kimi. Polivinil spirt qaynar və soyuq suda parçalanır. Polimer süd zülalı olan kazein əsasında yaranır.

Qarğıdalıda perspektiv ekoloji qablaşdırma materialı ola bilər. Qarğıdalıdan məsələn şüşə hazırlamaq olar. Bu tip məhsullar ətraf mühitdə tez parçalanır və hətta yandıqda belə zərərli tüstü ifraz etmir.

Login

Lost your password?